Abşeron polisi maşınlardan akkumlyator oğurlayanları tutub.

AzEuroNews.com-un məlumatına görə, oğurluq barədə  Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat daxil olub. Araşdırmalara başlayan Abşeron polisi Sumqayıt şəhər sakini 32 yaşlı Elnur Eldar oğlu Yusifovu, şəxsi avtomobili ilə sərnişin daşımaqla məşğul olan Bakı şəhər sakinin 30 yaşlı Alim Malik oğlu Əliyevi və Abşeron rayon sakini Eşqin Elmar oğlu Manafovu şübhəli şəxs qismində saxlayıb.

İstintaqa  ifadə verən dostlar cinayəti etiraf etsələr də, oğurluq əməlini bir-birilərinin üstünə atıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.