Yunanıstanın Lesbos adasındakı Moria qaçqın və miqrantların yerləşdirilməsi mərkəzində yanğın zamanı ana və iki ölvadı dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Skai” məlumat yayıb.

Telekanalın məlumatına görə, yanğına düşərgə çadırlarından birində qaz balonunun partlaması səbəb olub. Hadisə nəticəsində daha 7 nəfər yaralanıb, əraziyə polis və yanğınsöndürmə briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.