Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, partlayış sonra yanğın başlayıb. Hadisə rayonun Abay Kumambayev 32 ünvanında qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv olan ikiotaqlı mənzildə partlayış məişət qazının sızması nəticəsində  baş verib. Hadisə vaxtı mənzildə heç kim olmayıb. Əraziyə dərhal FHN yanğınsöndürmə briqadaları cəlb edilib. Dərhal bina sakinləri təxliyyə edilib. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Partlayış nəticəsində üçüncü mərtəbədə yerləşən mənzilə də ziyan dəyib.