Astarada ölümlə nəticələnən qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə,  “VAZ- 21063” markalı avtomobil rayon sakini Təliqə Quliyevanı vuraraq öldürüb. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Təliqə Quliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21063” markalı avtomobilıin sürücüsü, həmyerlisi Əsəd Bəşirov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.