Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Şuranın bu qərarı 29 noyabr 2016-cı il tarixindən qüvvəyə minir.
Dərman vasitələrinin qiymətləri Şuranın rəsmi internet saytının “Dərman vasitələri” bölmələrində yerləşdirilib.