Kolumbiyada göyərtəsində 81 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Boliviyadan havaya qalxan təyyarə Medelyin şəhərində eniş etməli idi.

Yerli KİV-in məlumatına görə, göyərtədə Braziliyanın “Şapekoense” klubunun 27 üzvü və jurnalistlər də olub.

Klub üzvləri Cənubi Amerika Kubokunun finalında Kolumbiyanın “Atletiko Nasyonal” klubu ilə qarşılaşmalı idi. Son məlumata görə hadisə zamanı 5 nəfər sağ qalıb.