Gəncə şəhərinin latundan hazırlanmış simvolu oğurlanıb.

AzEuroNews.com-un məlumatına görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Gəncə şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin həyətindən latundan hazırlanmış Gəncə şəhərinin simvolunu oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşid Əliyev, Teymur İsgəndərov, Sərxan İsgəndərov, Elnur Əliyev, Elxan İsgəndərov və Asif İsgəndərov tutulublar.

Faktla bağlı araşdırma aparılır.