Tərtər sakinləri çayxanada qumar oynadıqları üçün polis tərəfindən saxlanılıblar.
Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Qapanlı kəndi ərazisində kənd sakini Əbdüləli Nəcəfova məxsus çayxanada həmkəndliləri Koroğlu Əhlimanlı, Ceyhun Muxtarov və Aqil Quliyev qumar oynadıqları üçün saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.