Saatlıda 28 baş qoyunu oğurlayanlar tutulublar.
Saatlı Rayon Polis Şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, Noyabrın 28-də oğurluq etdiklərinə görə, tutulmuş Şamo Əmirovun və Rövşən Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 18-də Savalan Məmmədova məxsus yardımçı təsərrüfatdan 28 baş qoyun oğurlamaları da müəyyən edilib.
Oğurluq etdiklərinə görə, tutulmuş Şamo Əmirovun və Rövşən Məmmədovun digər cinayət əməlləri də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.