Yevlaxda baş verən partlayış nəticəsində xəsarət alanlar var.
AzEuroNews.com-un məlumatına görə, Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Vəzirxan Novruzovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Dağıntı olmasa da, yanıq xəsarəti alan V.Novruzovun qohumu Nicat İsmayılov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.