Mətbəxinizdə olan meyvə və tərəvəzləri uzun müddət saxlamaq istəyirsinizsə, onları düzgün qorumalısınız.

Meyvə-tərəvəzlərin ömrünü uzatmağın bir neçə yolu ilə sizi tanış edirik:

Kəsərək saxlamayın

Meyvə və tərəvəzləri istifadə etdiyiniz zaman kəsin. Əks təqdirdə daha tez xarab olacaq.

Göyərtiləri suya qoyun

Güllər və çiçəklər kimi təzə göyərtiləri uzun müddət istifadə etmək üçün suyla dolu bir qaba qoyun. Su onlar üçün həyat deməkdir.

Soğanları kapron corabın içində saxlayın

Soğanları uyğun şərtlər altında saxlasanız, 8 aya qədər istifadə edə bilərsiniz. Soğanları kapron corabın içinə qoyub ağzını bağlayın. Bu formada sığdıra biləcəyiniz qədər soğanı xarab olmadan saxlaya bilərsiniz.