Yanvarın 26-da, saat 11:00-da “Gəncə Şərab-1” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq “Gəncə Şərab-1”in Gəncə şəhəri, Z.Hacıyev, 56 ünvanında yerləşən inzibati binasında baş tutacaq. Toplantının gündəliyinə müəssisənin ASC-dən MMC-yə çevrilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Gəncə  Şərab-1” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 730 524,4 manatdır.