Əgər gözəlliyə qulluqdan söhbət gedirsə, hər qadın istəyir ki, buna nail olmaq sadə olsun. Əlavə olaraq biz işə yarayan hiylələr istəyirik ki, bunlarda çox vaxt aparmasınlar. Biz dərhal nəticə görmək istəyirik və çox vaxt təsirsiz, bahalı məhsullara aylıq gəlirin yarısını xərcləmədən.

Hələ indiyə kimi siz düşünürsünüz ki, gözəllik həqiqətən çox pul və vaxt tələb edir, siz deməli hələ gecə hiylələrinin necə işlədiyini bilmirsiniz. Bunun üçün sizin plastik  əməliyyatlara və möcüzəvi kremlərə ehtiyacınız yoxdur. Bu sizin yatmazdan qabaq  yalnız bir neçə dəqiqənizi aparar.

Satin mələfələr. Əgər siz hal-hazırda pambıq mələfədə yatırsızsa, bunu dəyişmək vaxtıdır. Bunu saçınız və həmçinin dərinizin yaxşılaşması üçün edin. Satin mələfələr dəri və yorğan-döşəyin ipliyinin ilmələri arasındakı sürtünməni aradan qaldırır. Həmçinin qırışları, saç tökülməsini və qırılmaları azaldır. Siz bilməlisiniz ki, pambıq balınc üzləri siz çəkdiyiniz bütün kremləri və losyonları canına çəkir. İndi sizin bu xəyal etdiyiniz mələfələri gedib almaq üçün haqlı səbəbiniz var.

Ayaqlarınızın dərisinin hamar və ipək kimi olması üçün, ayaqlarınıza, altına və barmaqlarınızın arasına bir lay vazelin çəkin və bu gecəni qalsın. Yorğan-döşəyi ləkələməmək üçün pambıq corab geyinə bilərsiz. Siz bu prosesi həmçinin duş qəbul etdikdən sonra heç yerə gedəsi deyilsinizsə edə bilərsiz.

Sağlam dırnaqlar saxlamaq. Siz qırılan dırnaqlara sahibsinizsə, ya göbələkdən(dırnaqlarda yaranan göbələk)  əziyyət çəkirsinizsə, əminliklə kokos yağından istifadə edin. Zədələnmiş hissələrə bunu çəkin və yumşaqca dırnaqlara masaj edin. Yatmağa getməzdən qabaq qoyun 15-20 dəqiqə qalsın. Əgər siz çox çəkmək istəyirsinizsə, siz yatanda əlcək taxmalısınız.

Düzgün yatmaq forması. Düzgün olmayan yatmaq forması çiyin və boyun ağrısına, bel ağrılarına, ya sadəcə pis günlərə və əhval-ruhiyyəyə kimi problemlərə səbəb ola bilər. Yuxunun həmçinin şəxsiyyət və sağlamlıq üzərində də güclü təsiri var. Ümümilikdə əhalinin  60-70% -i bir tərəfin üzərində yatır və bu lazım olan ən sağlam yatmaq forması deyil. Kürək üzərində yatmaq yatmağın ən yaxşı formasıdı. Bu sağlamlıqdır, çünki kürək və çiyin ağrılarının, reflüks xora xəstəliyinin qarşını alır, qırışları azaldır və sinəni möhkəmləndirir. Nəmləndiricidən istifadə edin. Sağlam, elastik dəri əla nəmləndirilmiş dəridi. Bizim hamımızın bildiyimiz kimi, nəmləndirici üz kremləri və bədən losyonlarından başqa gündəlik çoxlu maye(su, çay və şəkərsiz şirələr) qəbul etmək vacibdir. Və əgər gün ərzində siz bu qaydalara riayət etsəniz, gecə ərzində dərinizin gözəlliyini nəmləndirici vasitəsilə saxlaya bilərsiniz. Bu vasitə əla köməkçidir, xüsusilə qışda, dərinin adi vaxtdan daha asan quruduğu üçün.

Saçınızın forması.  Hətta siz yorğun olsanız belə və qarşınızda yalnız böyük və isti yataq görsəniz də, gün ərzində saçınızın qayğısı üçün ayıracağınız 5 dəqiqə sizi kiçik bəladan xilas edər. Yatmağa getməzdən qabaq saçınızı hörün. Siz yalnız səhər düzəldəndə vaxta qənaət etmiyəcəksiniz, həmçinin oyanananda fərqli formada buruqlarınız olacaq, siz onları adi buruq ütüsü ilə də əldə edə bilərsiz. Əgər kiçik buruqlar istəyirsinizsə çoxlu hörüklər hörün, əgər böyük istəyirsinizsə bir iki hörük bəs edər.

Saçınızı yüngülcə barmaqlarınızla düzəldin və növbəti gün və siz gözəl saç düzümünə sahib olacaqsınız.

Parıldayan saçlar. Siz gecə üçün müxtəlif dəri nəmləndiricilərindən istifadə edirsiniz, çunki onlar siz istirahət edəndə fərqli təsir göstərir. Həmin şeyləri saç dərisinədə sürtün, əgər bu xeyirdirsə, deməli saçada faydası olacaq. Yatmazdan qabaq tətbiq edilən maska saça nüfuz edir, nəmləndirir və saçın parlaqlığını bərpa edir. Bu quru saçlar üçün çox uyğundur, çünki uzun müddətli istirahət vaxtı, saç tədricən parıldamaq üçün ehtiyacı olan bütün qidalarla qidalanır.

Hamar dodaqlar. Əgər sizin dodaqlarınız qurudursa, siz bilməlisiniz ki, sizin bədəninizin suya ehtiyacı var. Quru dodaqlardan tez azad olmaq üçün onlara yatmazdan qabaq biraz kokos yağı çəkin və gecəni qalsın. Səhər siz hamar, yumşaq dodaqlardan həzz alacaqsınız.

Dişləri ağartmaqda təbii yolla, həmçinin çox asanlıqla, karbonat soda vasitəsilə edilə bilər. Təsirli ağartma və qarasaqqız (bişmiş soda abrazivdir və asanlıqla qarasaqqız qıcıqlanmasını aparar) qıcıqlanmasını aradan qaldırmaq üçün 1 çay qaşığı bişmiş diş pastasından, azca limon suyundan və 2-3 damcı oksigenli sudan qarışıq hazırlayın. Sizin əldə edəcəyiniz pasta professional ağardıcı məhsul təsiri göstərəcək. Bunu əldə etmək asandı və nəticəsi ilk yumadan görsənəcək. Diş ləkələrinin qarşısını almaq üçün onları yatmazdan qabaq bu qarışıqla yuyun və heçnə yemək istəmiyəcəksiniz.

Kirpikləri uzatmaq. Əgər təbiət sizə uzun kirpiklər vermiyibsə, siz təbii məhsullar istifadə edərək cazibədar görünüş əldə edə bilərsiz. Kirpiklərinizi uzatmaq üçün gənəgərçək yağından istifadə edin. Gənəgərçək yağını hər gecə yatmazdan qabaq pambıq tamponla, ya üstünlük verilir tuş fırçasına ki, siz bunu asanlıqla isti su və sabunla  təmizliyə bilərsiz. Eyni vasitəni siz qaşlarınızı müəyyənləşdirmək üçün də istifadə edə bilirsiz. Nəticəni görmək üçün bu vasitəni ən az bir ay istifadə etməlisiniz. (theladies.xyz)