Konqolu gənc modelyer Sedrik Mbenqe kağızdan paltarlar hazırlamaqla məşhurlaşıb.

AzEuroNews “BBC.com”a istinadən xəbər verir ki, Konqonun paytaxtı Kinşasa şəhərində yaşayan həvəskar modelyer özü də belə paltarlar geyinir.

Onun sözlərinə görə, dünya şöhrətli modelyerlərin dəbi ilə uyğunlaşmaq onun çoxdankı arzusu olub. Buna görə də özü həmin dəblərə uyğun olaraq geyimlər hazırlamaq qərarına gəlib və bununla da zövqlü görünməyə çalışıb.

Sedrik bu bacarığı ilə o qədər populyarlaşıb ki, onun hazırladığı bəzi geyim nümunələri modanın paytaxtı sayılan Parisdə də sərgilənib.