Bir neçə il öncə Kristin Karter özünə güvənməyən, kompleksli biri idi. Çəkisinin çox, sevgilisinin isə qısqanc olması onda bu cür psixologiyanın yaranmasına səbəb olmuşdu.

Amma o, bunun öhdəsindən gəlməyi qarşısına məqsəd qoydu. Öncə sevgilsindən ayrıldı, daha sonra mədə əməliyyatı keçirdi. Kristin əzmkarlıq nümayiş etdirərək 68 kq arıqladı.

Müsahibələrinin birində qeyd edib:

“Sevgilim çox qısqanc və özünə güvənsiz biri idi. Bu səbəblə, o, daim kökəlməyimi istəyirdi. Sağlam bir münasibətimiz yox idi. Bu səbəblə ondan ayrıldım. Arıqlayaraq sevgilimdən bu cür qisas aldım”.

Kristin indi həyatından çox məmnundur.