Hər kəsə məlumdur ki, qazlı su –  sağlamlıq üçün ziyandı. Lakin, bir çoxları təsəvvür belə edə bilmirlər ki, bu zərərsiz uşaq içkisi necə bir təhlükə daşıyır.  Qazlı su bir çoxları üçün – Qızmar yayda, bayram süfrəsində və sadəcə gündəlik həyatda bir nömrəli seçimdi. Bəs sağlamlığınıza necə bir zərər yetirdiyinizi bilirsiniz?

AzEuroNews marketium.ru-ya istinadən qazlı suların zərərini təqdim edir:

1. Qazlı su və osteoporoz

Bir çox qazlı suların tərkibinə kofein, ortofosfor turşusu daxildir hansılar ki,  bir çox araşdırmalara əsasən kalsiumun mənimsənilməsinə mane olur. Başqa araşdırma göstərdi ki, şirin qazlı sulardan müntəzəm istifadə də bud-çanaq oynağının sümük toxumasının xeyli azalmasına səbəb olur. Maraqlıdır ki, qadınlar sümük kütləsinin itirilməsinə daha çox həssasdırlar.

Bir araşdırma da göstərdi ki, gündə 330mq kofeyinin qəbulu ( hansı ki, təxminən 4 fincan kofe ilə bərabərdi) sümük kütləsinin itirilməsinə gətirib çıxarır. Düşünülür ki, kofeyin absorbsiya kalsiumuna mane olur və sidik kisəsi vasitəsi ilə kalsiyumun itkisinə gətirib çıxarır.

Başqa sözlərlə qazlı su sözün əsl mənasında sizin sümüklərinizdən kalsiumu yuyub çıxarır. Buna görə də o, osteoporozdan, kron xəstəliklərindən əziyyət çəkən və 50 yaşdan yuxarı olan insanlara qətiyyən zərərlidi.

2 Qaraciyərə zərəri

Əgər siz düşünürsünüz ki, siroz –  yalnız əyyaşların başına gəlir onda, siz yanılırsınız. Həddindən artıq sodadan istifadə qorxulu xəstəliyə səbəb ola bilər.

3 Artıq çəki

Piylənməyə səbəb olan məhsulların siyahısında öndə gedən yeri spirtsiz sodalı içkilər tutur. Yarım litr qazlı su bankasında 9 qaşığa kimi şəkər var hansı ki, adi “ev şəkərindən” daha da qorxuludur. O, karbon qazının təsri altında dərhal qana sovrulur. Əgər siz düşünürsünüz ki, pəhrizli kola – vəziyyətdən çıxışdı onda, siz yanılırsınız. “Pəhriz” üçün olan şirin içkilər orqanizmə daha da zərər yetirir. Baxmayaraq ki, onlar həqiqətən də şəkərli deyillər lakin, onlar suni şəkərəvəzləyicilərlə doldurulur hansılar ki, piylənməyə və bir sıra hormonal pozğunluğa gətirib çıxara bilər.

4 Dişlərin çürüməsi

Şirin qazlı sular diş emalına zərər yetirir. Şəkərin yüksək olmasından başqa, bu içkilərdə həmçinin turşuluq çoxdu.

5 Böyrək xəstəliyi

Əvvəlcədən qeyd etdiyimiz kimi, optofosfor turşusu sümükdən kalsinı xaric edir. O, qismən sidik kisəsindən xaric olur qismən isə, böyrəklərdə qalır. Ona görə də qazlı sudan isdifadə etmək – böyrəklərdə daşların yığılması üçün ən düzgün üsuldu.

Əgər sizin sağlamlığınız sizin üçün dəyərlidirsə, həddindən artıq qazlı içkilərdən istifadə etməyin. Həmçinin mütəxəssislər tövsiyyə edirlər ki, kalsi itkisini bərpa etmək üçün,  hər qazlı su bankasına bir istəkən süd içəsiniz.