Gəncədə mağazadan siqaret və pul oğurlayan tutulub.

Kəpəz RPİ-dən AzEuroNews.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elgün İsazadəyə məxsus mağazadan 221 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Cümşüd Həsənov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.