Yevlaxda mağazaya girən oğru obyektin qıfılını qıraraq kassanı soyub.
Yevlax RPŞ-dən AzEuroNews.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Duzdaq kənd sakini Vaqif Məmmədova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 200 manat pul oğurlamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Elçin Şirinov tutulub.
Fakta bağlı cinayət işi açılıb, araşdırma aparılır.