Xaçmazda ölümlə nəticələnən ağır qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumta görə, Xaçmaz rayonunun Müşkür kəndində Masallı rayon sakini Samir Cəfərovun idarə etdiyi “VAZ-21154” və Cəfər Məmmədovun idarə etdiyi Cəfər Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə C.Məmmədov və S.Cəfərovun sərnişini, Ağdam rayon sakini Allahverən Qarayev hadisə yerində ölüb, özü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.