Sabirabadda 3 yaşlı qız su kanalına düşərək boğulub. Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə Yaxabeşdəli kəndində qeydə alınıb. Sözügedən kənddə yaşayan 3 yaşlı Nahidə Balayeva su kanalına düşüb. Nəticədə o, boğularaq ölüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.