Ev yığışdıran zaman etdiyiniz kiçik səhvlər sizin səylərinizi heçə çıxardar və hətta daha da böyük qarma qarışıqlıq yarada bilər.

AzEuroNews adme.ru-ya istinadən bizə buraxdığımız səhvlərlə tanış olmağı təklif edir.

  1. Pəncərələri günəşli havada təmizləmək

temizlik-azeuro-1

Günəş pəncərəni daha tez isidir və pəncərə üçün hər hansı təmizləyici tez quruyur və bu da ləkələrə gətirib çıxardır. Günəşin işıqları bir başa sizin pəncərənizə düşməyənədək biraz gözləyin.

  1. Mərmər və əhəng daşı olan səthlərdə limondan istifadə etməyin

limon-azeuro-1

Çox vaxt limon təmizləyici vasitə kimi istifadə olunur. Lakin limon turşusu sizin döşəmələrinizi bozarda bilər. Səthlərin müəyyən növləri üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrdən istifadə edin.

  1. Xalça üzərindəki ləkəni sürtmək

xalca-azeuro-1

Əgər siz şərabı, meyvə şirəsini və yaxud digər bir içkini yerə tokmüsünuzsə, onda onu surtərək daha da pis hala gətirəcəksiniz. Bu həmçinin parçanın liflərini açacaq və qaba şəklinə gətirib çıxardacaq. Bunun yerinə bir dəsmal götürüb, ləkənin üzərinə basaraq onu təmizləmək lazımdır.

  1. Süngəri təmizləməyin

qab-azeuro-3

Qabları yuduğunuz süngər səthlərdən yağı özünə çəkir və sonra onu su ilə təmizləmək çox çətin olur.Hər istifadədən sonra süngəri sabunla yuyun və hər 2 həftədən bir onu dəyişin.

  1. Səthlərə “ əlavə” təmizləyici vasitə səpirsiniz

sampun-azeuro-1

Siz yəqin ki düşünürsünüz ki, “əlavə“ təmizləyici vasitələr sizin səthlərinizi super təmiz edəcək. Əslində isə əks təsir baş verir –  səth təmiz olduğu üçün vasitəyə kiri aradan qaldırmaq lazım gəlmir və çöküntü qalır.

  1. Təmizliyi açıq əllərinizlə həyata keçirirsiniz

su-azeuro-1

Sizin dəriniz ona düşən hər bir maddəni özünə çəkir. Hətta təbii maddələrlə olan vasitələr sizin əllərinizin dərisini quruda bilər. Rezin əlcəklərlə işləyin və daha yaxşı olarki astarı pambıqdan olsun.

  1. Nəm fırçaları saxlanc qablara yerləşdirirsiniz

su-krant-azeuo-1

Bakteriyalar nəmi çox sevirlər və bunun üçün çox vacibdir ki, fırçalar tam qurusun. Əgər sizin vaxtınız yoxdursa, onda fırçanı ən azı 10 dəqiqə quru səthdə saxlayın.

  1. Yuyucu vasitəni bir başa səthin üzərinə səpirsiniz

su-damci-azeuro-1

Ən səmərəsiz və təhlükəsiz üsul – yuyucu vasitəni səthlərə səpmək, xüsusilə də elektrik məişət texnikasının üzərinə. Əvvəlcə vasitəni quru bir parçaya səpin və sonra səthi silin. Və əlavə dəsmaldan ( vasitəsiz) istifadə edin, mayenin artıqlarını silmək üçün. Bir çox səthlər(paslanmayan polad, şüşə və taxta) üçün bu üsuldan istifadə etmək tövsiyə olunur. İstisna yalnız o vasitələr ola bilər ki, onlar üçün bu istifadə üsulu onların təlimatında tövsiyə olunub və yalnız müəyyən səthlər üçün.

  1. Səthləri “ bir tərəfdən o biri tərəfə” üsulu ilə silirsiniz

toz-azeuro-1

Siz hərəkətləri S və Z hərfləri şəklində yerinə yetirən zaman kiri bir tərəfdən digər bir tərəfə edirsiz. Səthləri kiçik dairəvi hərəkətlərlə silin.

  1. Parçaları yumşaltmaq üçün çox vasitədən istifadə edirsiniz

paltaryuyan-azeuro-1

Məhsulun istehsalçı tərəfindən tovsiyə olunduğu qədərdən çox miqdarda istifadəsi, əks təsirə gətirib çıxardacaq-sizin çamaşırlarınız sərt, tıkanlı və ya yağlı ola bilər, dəsmallarınız isə hopdurma imkanını itirəcək.

  1. Televizor pultlarını unudursunuz

pult-tv-azeuo-1

Pultlar üzərində çox böyük bir miqdarda mikrob yığılır, buna görədə həftədə 1 dəfə dezinfeksiya edici bez ilə silin.

12. Yuyucu vasitələri qarışdırırsınız

soda-azeuro-1

Heç vaxt ağardıcını hər hansı bir digər təmizləyici ilə qarışdırmayın. Ağardıcıya sirkə, ammiak və yaxud spirtin əlavə olunması təhlükəli kimyəvi reaksiyalara gətirib çıxarda bilər, bunun nəticəsində siz zəhərlənə bilərsiniz, eləcə də göz və dərinizə zərər vurar.