Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə,  Maştağa qəsəbəsində qəsəbə sakini Əsgər Abbasov idarə etdiyi “İsuzu” markalı yük maşını ilə yolu keçən həmyerlisi, 6 yaşlı Nəzir Xuduyevi vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.