ABŞ-da polis əcnəbi tələbəni güllələyib.

Trend-in “The National” nəşrinə istinadən verdiyi məlumata görə, Ohayo ştatında yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 26 yaşlı oğlanla polislər arasında dava olub. Mübahisə əsnasında qanun keşikçilərindən biri atəş açıb. Yaralıya ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əslən Birləşmiş Ərəb Əmirliklərindən olan gəncin Hüquq fakültəsində təhsil aldığı bildirilir.

Qeyd edək ki, ABŞ-da hər il təqribən 400 nəfər polis gülləsinin qurbanı olur.