Gəncədə avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

AzEuroNews.com-un məlumatına görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Gəncə şəhər sakinlərinə məxsus 9 avtomobildən maqnitofon, güzgülər, səsgücləndiricilər, təkər və akkumlyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Şükür Zeynalov, Mehman Əliyev və Məcid Sultanov tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.