Düzgün hərəkət qaydaları ekstremal hadisədə bir neçə həyat xilas edə bilər. Məhz buna görə nə etməyi bilmək vacibdir.

AzEuroNews adme.ru-ya istinadən xəbər verir ki, əgər siz mənzildə qazın qoxusunu hiss etsəniz o zaman:

Bacardığınız qədər qaz borusunun kranını tez bağlayın

qaz-azeuro-1

Qayda olaraq kran sobanın düz arxasında yerləşir. Qazın sızma yerini axtarmağa gərək yoxdur , ona görə ki, bu sizin dəyərli vaxtınızı alacaq. Sizin görəcəyiniz iş odur ki, qaz sızmasını bacara bildiyiniz qədər tez aradan qaldırasınız.

Əgər qaz sızıntısı zamanı yangın baş veribsə, qətiyyən yanğını söndürməyə çalışmayın – qaz yanırsa partlayası deyil.

qaz-azeuro-2

Bu halda qaz sızıntısını aradan qaldırmaq lazımdır. Əgər mümkün deyilsə,  yanğın söndürənləri çağırıb mənzili tərk edin. Otaqda bütün aynaları açın. Yelçəkən sizi qaz sızıntısı nəticəsində yaranmış qaz qoxusundan xilas edə bilər.

İşığı və məişət texnikalarını yandırmayın və həmçinin artıq yanılı olan elektrik cərəyanları söndürməyin.

qaz-tv-azeuro-1

Heç bir halda elektrik cərəyanlarını yandırmaq və yaxud da işləyən məişət texnikalarını söndürmək olmaz.

Yadda saxlayın ki, qaz kiçik qığılcımı ilə partlayışa səbəb ola bilər. Mənzildən çıxarkən işığı elektrik təchizatından söndürun.

Mənzildə şəhər və yaxud mobil telefondan zəng etməyin.

qaz-telefon-azeuro-1

Qaz təcili yardım xidmətinə zəng edin 104

Zəng etmək üçün qonşunun telefonundan və yaxud çölə çıxıb mobil telefonunuzdan istifadə edin.

Mütəxəssislərin gəlişini küçədə və yaxud təhlükəsiz yerdə gözləyin

Heç bir halda qaz sızıntısı aradan qaldırılana kimi mənzilə qayıtmayın.

Ekstremal halların qarşısını almaq üçün, məişət qazı ilə bağlı mütəxəssislər məsləhət görürlər ki, bir neçə sadə qaydalara riayət edilsin.

  • Qaz sobalarını özünüzün quraşdırmağınız məsləhət görülmür.
  • Əgər siz qaz pilitəsinin gözlərinin birinin söndüyünü görsəniz həmin dəqiqə yandırmağa cəhd etməyin.Q azı bağlayıb otağı yoxlayın və yalnız qaz sobasının gözü soyuyandan sonra yandırın.
  • Otağı isitmək üçün qaz sobasından istifadə etməyin.
  • Sobanı yandıran zaman əmin olun ki, qaz yanır.
  • Alov rənginə diqqət yetirin – o açıq mavi rəngdə olmalıdır. Qırmızı, yaşıl və yaxudda narıncı alovun rəngi – qaz təcili xidmətinin mütəxəssislərinə müraciət üçün səbəbdir.