Cəlilabadda qanunsuz ovla məşğul olanlar tutulub.

AzEuroNews.com-un məlumatına görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində  Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” və 1 ədəd “İJ-58” markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.