Goranboy rayonunun Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AzEuroNews.com-un məlumatına görə, Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Arzu İsmayılovun idarə etdiyi “Daevoo” və Nəsrəddin Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.