SOCAR son 5 ildə birgə və törəmə müəssisələrə investisiyaları 617 milyon manatdan 6 milyard 9 milyon manatadək artıb.

Ölkəmizin hasilat sənayesində dövlətin iştirakı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qısaca SOCAR vasitəsi ilə təmin edilir. Hazırda SOCAR–ın 100 faiz səhmləri dövlətə məxsusdur və o bütün Hasilatın Pay Bölgüsü Sazişləri üzrə tərəfdaş kimi iştirak edir. SOCAR ölkə ərazisindəki neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft və qazın hasilatı, emalı, neft–qaz və neft–kimya məhsullarının daxili və xarici bazarlarda satışı ilə məşğul olan neft şirkətidir. Şirkətin Bakı şəhəri də daxil olmaqla respublikanın bir çox rayonunda (işğal olunmuş rayonlar istisna olmaqla) müəssisələri və dünyanın 22 ölkəsində treydinq ofisləri, nümayəndəlikləri fəaliyyət göstərir. SOCAR, həmçinin, respublikamızda idman yarışından tutmuş, məktəb, xəstəxana, heykəl, park, partiya binasının tikintisinədək hər işlə məşğul olur. Baxmayaraq ki, SOCAR bir dövlət müəssisəsidir və xərclədiyi hər manata görə Azərbaycan xalqına hesabat verməyə borclu olan bir şirkətdir.

Hazırda SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. Bundan başqa SOCAR-ın tabeliyində törəmə, birgə müəssisələr, şirkətlər var.  SOCAR-ın internet səhifəsindəki məlumata görə, şirkət 36 birgə müəssisə və 5 Alyansın yaranmasında paya malikdir. Amma yeni müəssisələrin yaradılması və bəzi müəssisələrin bağlanması səbəbindən bu rəqəm hər il dəyişir. Yeni yaradılan müəssisələrə isə əlavə investisiya yatırılır. İndiyədək dövlət tərəfindən SOCAR-a maliyyə vəsaitlərinin ayrılması isə daha çox nizamnamə kapitalı və ya kredit ayırmaları vasitəsi ilə həyata keçirilir. 2014-cü il ərzində Hökumət tərəfindən SOCAR-ın nizamnamə kapitalına edilən əlavə ödəniş məbləği 178 milyon AZN olub.

Hasilat çoxaldıqca yeni yaradılan müəssilərin sayı da artıb

SOCAR-ın təsisçiliyi ilə yaradılan birgə, asılı və törəmə müəssisələrin sayı da ildən-ilə dəyişib. SOCAR-ın illik hesabat məlumatlarına əsasən, 2004-cü ildə ARDNŞ tərkibində 70-ə yaxın müəssisə olan 2 istehsalat birliyi, 3 idarə və 3 zavod olub. Həmin il ARDNŞ və xarici şirkətlərin təsisçiliyi ilə yaradılan 16 birgə müəssisə, 7 alyans, 16 əməliyyat şirkəti fəaliyyət göstərib.

2005-ci ildə ARDNŞ-ə məxsus 2 İstehsalat Birliyinin tərkibindəki müəssisələr 70-dən 42-dək azalsa da, qurum 5 idarə və 3 zavodla fəaliyyətini davam etdirib. Həmin il ARDNŞ və xarici şirkətlərin təsisçiliyi ilə yaradılan 16 birgə müəssisə, 6 alyans, 14 əməliyyat şirkəti fəaliyyət göstərib.

2006-ci ildə digər qurumların tərkibində dəyişiklik olmasa da, ARDNŞ-in  birgə müəssisələrin sayı 25-ə çatıb. Həmin il Azərbaycanın hasilat sektorunda 12 əməliyyat şirkəti,  6 alyans işləyib.

2007-ci ildə layihələrdə  29 birgə müəssisə, 13 əməliyyat şirkəti, 5 alyans fəaliyyət göstərib. 2008-ci ildə əməliyyat şirkətləri və alyansların sayında dəyişiklik olmasa da, birgə müəssisələrin sayı 32-yə çatıb. Bundan sonrakı illərdə də qurumun tərkibindəki birgə müəssisələrin sayı artıb. 2009-cu ildə birgə müəssisələrin sayı 34, 2010-cu ildə 33, 2011-ci ildə 37, 2012-ci ildə 36,  2013-cü ildə 34, 2014-cü ildə 36, 2015-ci ildə 33 olub. Əvvəlki illərdə verilməsə də, 2015-ci il hesabatında SOCAR törəmə, birgə və asılı müəssisələrin hər biri ilə bağlı ayrıca məlumat açıqlayıb. Amma bu müəssisələrin heç də hamısı Azərbaycanda fəaliyyət göstərməyib. Daha bir maraqlı məqam ondan ibarətdir ki, SOCAR-ın 2015-ci il üçün illik hesabatında 41 törəmə, 26 birgə, 16 asılı müəssisələrin olduğu qeyd olunursa, həmin il üçün maliyyə hesabatında və SOCAR-ın rəsmi internet səhifəsində fərqli rəqəmlərə rast gəlinir.

Cədvəl 1.

ARDNŞ-in və xarici şirkətlərin təsisçiliyi ilə 2004-2015-ci illərdə layihələr üzrə işlər həyata keçirən birgə müəssisə, əməliyyat şirkətləri və alyansların sayı (Mənbə: SOCAR illik hesabatlar)

 

Ad

 

 

İllər

üzrə

 

20042005200620072008200920102011201220132014   2015
TörəməBirgəAsılı
1Törəmə, birgə və asılı müəssisələr161625293234333736343641335
2Əməliyyat şirkətləri161412131313161818181819
3Alyanslar766555666755

 

SOCAR-ın offşor zonalarda qeydiyyatdan keçib Azərbaycanda işləyən müssisələri

Maraqlıdır ki, SOCAR bu müəssisələr bir çoxunu xaricdə, xüsusən ofşor zonalarda qeydiyyatdan keçirib. Baxmayaraq ki, onların əksəriyyəti hazırda da Azərbaycanda fəaliyyət göstərir. Digər tərəfdən həmin birgə, asılı və törəmə müəssisələrlə bağlı SOCAR-ın illik maliyyə hesabatlarında yetərincə məlumat yoxdur. SOCAR-ın 2011-2015-ci illər üçün illik hesabatlarındakı məlumatlarda 83 müəssisənin adı çəkilir. Həmin müəssisələrdən 39-u Azərbaycanda, 9-u İsvecrədə, 2-si Türkiyədə, 1-i Gürcüstanda,  1-i Polşada, 3-ü Birləşmiş Ərəb Əmirliklərində, 2-si Maltada, 1-i İngiltərədə, 1-i Rumuniyada, 1-i Ukraynada, 2-si Niderland Krallığında, 1-i Panamada və 8-i Kayman adalarında qeydiyyatdan keçirilib. 12 müəssisənin isə harada qeydiyyatdan keçdiyi ilə bağlı hələ ki, hər hansı məlumat əldə edə bilmədik. SOCAR bəzi müəssisələrin gəlirləri, zərəri aktivləri ilə bağlı yarımçıq da olsa məlumat açıqlasa da, 29 müəssisə ilə bağlı hesabatlarda heç bir məlumat verilmir. Həmçinin, Azərbaycanın MHŞT üzrə 2014-cü il hesabatında asılı müəssisə kimi göstərilən bəzi müəssisələr SOCAR-ın hesabatında törəmə və ya birgə müəssisə kimi göstərilib.

 

Cədvəl 2.

Müəssisələrin (Adlar SOCAR-ın rəsmi hesabatlarında əks olunan formada verilib) gəlir və zərərləri (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

 

Asılı müəssisələr

 

 

 

 

Adlar

Təsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015
Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZN
Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

1Azərbaycan Qaz Təchizatı ŞirkətiKayman adaları57828%1 13911 7201 8422154
2Cənubi Qafqaz boru kəməri Hold Co (SCPC Hold Co)Kayman adaları8710%1111
3Cənubi Qafqaz Boru kəməriKayman Adaları1231798149010%157531747240
4BTC CoKayman Adaları4034533417125%52249311431651 06016
5Cənub Qaz DəhliziAzərbaycan27019967749%

 

60
6Electrogas Maltaİsveçrə29333%

 

 

 

 

 

 

 

 

 

 

7Tankanlagen Mellingen AG (TAMAG)İsveçrə1233%333
8Tanklager Taegerschen AG (TLT)İsveçrə221%111
9SOGEP AGİsveçrə234%454
10UBAG AGİsveçrə3224%1212151
11SAPPRO SAİsveçrə513%101011
12SARACO SAİsveçrə1720%710141
13Cooperatief SaiphNiderland Krallığı7320%(7)
14SOCAR İsveçrə
15BTC İnternational İnvestment Co.
16BTC Holdings B.V.

 

Birgə müəssisələr

 

 

 

 

Adlar

Təsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015
Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZN
Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

1Azgerneft MMCAzərbaycan40585940 %4015

 

3912478393325
2AzfenAzərbaycan2584310560 %881813122138102702256549
3Azeri M-İ. Driling FluidsAzərbaycan6964351 %857114 3181213981481115522
4SOCAR UmidAzərbaycan17531444680 %(1)(5)(4)(2)
5SOCAR AQŞAzərbaycan3352417351 %1456690(19)116109976(49)
6Azərbaycan RigsAzərbaycan17053670210 %13
7SOCAR Aurora TerminalPanama701589150 %7152196
8SOCAR FugroAzərbaycan133 51 %     1141
9Oil and Gas ProserviceAzərbaycan1930 %21631
10Caspian Shipyard CompanyAzərbaycan89820 %22273851414224
11SOCAR KPSAzərbaycan28150 %46253
12SOCAR ConstructionAzərbaycan4897 %(1)1(1)
13SarmatiaPolşa227 %
14SOCAR Baglan LLCAzərbaycan11451 %(2)2(2)1
15SOCAR CAPEAzərbaycan1416 51 %9(2)(-)36(5)579711
16SOCAR Foster Wheeler EngineeringAzərbaycan365%911161
17Ekol Engineering ServicesAzərbaycan7951%271823212(1)6
18AGRI LNG Project Company SRLRumuniya33%
19“SOCAR DALĞIC” MMCAzərbaycan51 %
20AzLABAzərbaycan550%122
21SOCAR KBRAzərbaycan151%(1)
22Atəşgah Sığorta ŞirkətiAzərbaycan3310 %19(2)383644
23Caspian GeophysicalAzərbaycan4945%1923686266
24Caspian Pipe Coatings LLCAzərbaycan2350%8196658
25İnterfax AzərbaycanAzərbaycan449%
26Cross Caspian Oil and Gas LogisticsAzərbaycan334%104895333

 

Törəmə müəssisələr

 

 

 

 

Adlar

Təsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015
Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZN
GəlirMənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

Gəlir

 

Mənfəət

(Zərər)

GəlirMənfəət

(Zərər)

GəlirMənfəət

(Zərər)

1SOCAR CNGAzərbaycan11051 %(10)
2AAS-EkolAzərbaycan3150 %93
3STYAŞTürkiyə1734629400560 %77(22)
4SOCAR Turkey Enerji A.ŞTürkiyə99.99%41
5SOCAR Petroleum QSCAzərbaycan100%290519
6BoşSelf LLCAzərbaycan   90%80270  
7Azeri FurgoAzərbaycan60%1 
8Azərbaycan John BrownAzərbaycan50%2
9Trans Adriatic Pipeline AG (TAP)İsveçrə20%(8)
10SOCAR UGEAzərbaycan97%(2)(2)
11Star Gulf FZCOBƏƏ80%19
12Carlina Overseas Corp.Britaniya51%34(14)
13SOCAR İnternational DMCCBirləşmiş Ərəb Əmirliyi50%1 3338
14Supra HoldingMalta50 %26 57224
15AzturqazAzərbaycan50 %
16SOCAR Gas İmport ExportAzərbaycan50 %
17Bakı Gəmiqayırma zavoduAzərbaycan65%
18SOCAR Polymer LLCAzərbaycan71%
19Azerbaijan (AÇG) LTDKayman adaları100%
20Azerbaijan (Shah deniz) LTDKayman Adaları100%
21Caspian Drilling Company (CDC)Azərbaycan92.4%
22SOCAR energy Georgia LLCGürcüstan51%
23SOCAR Overseas LLCBƏƏ100%
24SOCAR Trading HoldingMalta100%
25Azerbaijan (BTC) LTDKayman adaları100%
26Cooperative Menkent U.A.Niderland Krallığı99.9%
27SOCAR Energy Holdings AGİsvecrə100%
28SOCAR Energy UkraineUkrayna100%
29Azerbaijan (SCP) LTDKayman adaları100%
30“Azneftqaztikinti” MMCAzərbaycan25 %
31Azəri Drillinq Kompani MMCAzərbaycan35 %
32SOCAR STQAzərbaycan43651 %
33SOCAR Skyline Holdings
34SOCAR Balkans Sarl
35SOCAR Rusiya MMC
36SOCAR İnvest
37SOCAR Assets Company
38SOCAR Upstream Menecment İnternational Company
39SOCAR Midstream Operation LTD
40Polimer Konstrakşn MMC
41Super Beton Ltd.

 

MHŞT üzrə 2014-cü il hesabatında da SOCAR-ın müəssiləri ilə bağlı məlumatlar verilib. Həmin məlumatlara görə, 2014-cü il ərzində Qrup asılı müəssisələr olan AzSCP və AzTap müəssisələrinin nizamnamə kapitallarına müvafiq olaraq 55 milyon AZN məbləğində (2013-cü il: sıfır) və 11 milyon AZN (2013-cü il: 33 milyon AZN) məbləğində əlavə vəsaitlər və digər birgə müəssisələrə əhəmiyyətli olmayan vəsaitlər yatırıb. 23 iyul 2014-cü ildə isə Qrup törəmə müəssisəsi olan AzTAP-ı Cənubi Qaz Dəhliz Şirkətinə satıb. Satış tarixi günü TAP-ın balans dəyəri 43 milyon AZN olub. Satışdan əvvəl Qrup, özünün törəmə müəssisəsi AzTap vasitəsilə TAP-ın 20 faizlik payına sahib olub və bu pay 31 dekabr 2013-cü il tarixində asılı müəssisə kimi uçota alınıb.

Bundan başqa 2014-cü ilin martında SOCAR və onun törəmə müəssisələri (“Qrup”) İqtisadiyyat Nazirliyi ilə birlikdə Cənubi Qaz Dəhlizi (CQD) şirkətini təsis edib. Qrup ÇQD-nın nizamnamə kapitalına 38 milyon AZN məbləğində vəsait yatıraraq ÇQD-də 49 faizlik pay əldə edib. Həmin ilin may ayında Qrup 50 milyon AZN məbləğində asılı müəssisəsi olan SOCAR Turkey Yatırım A.S. (“STYAŞ”) şirkətinin əlavə 18,5 faizini əldə edib. Bununla da həmin müəssisənin nizamnamə kapitalına 24 milyon AZN (2013-cü il: 144 milyon AZN).məbləğində əlavə vəsait yönəldib. Eyni zamanda STYAŞ-ın səhmdarları yeni səhmdar razılaşması imzalanıb. Yeni səhmdar razılaşmasına uyğun olaraq Qrupun STYAŞ-da birgə nəzarəti mövcuddur. Bu əməliyyatın nəticəsində Qrup asılı müəssisəni birgə müəssisəyə keçirib.

Bundan əlavə Qrup SOCAR Ümid MMC, Azərbaycan Rigs MMC və STYAS birgə müəssisələrin nizamnamə kapitalına, Müfaviq olaraq 40 milyon AZN ( 2013-cü il, 84 milyon AZN) 14 AZN (2013-cü il, 19 milyon AZN) və 192 milyon AZN məbləğində əlavə vəsaitlər, eləcə də digər birgə müəssisələrə, əhəmiyyətli olmayan vəsaitlər yatırıb.

MHŞT Hesabatı müddətində hökumət və SOCAR arasında benefisiar sahiblik səviyyəsində heç bir dəyişiklik baş verməyib.

 

Zərərlə işləyən müəssisələrə yatırılan investisiyalar hər il artır

 

Yuxarıdakı cədvəldən də göründüyü kimi birgə, asılı və törəmə müəssisələrin əksəriyyəti gəlirlə işləmir. SOCAR-ın illik maliyyə hesabatlarında haqqında məlumat açıqlanan 56 müəssisədən 20-si heç bir gəlir gətirmir. Onlardan bir neçəsi isə uzun illərdir zərərlə işləyir. Buna baxmayaraq SOCAR hər il bu müəssisələrə əlavə investisiya yatırmaqda davam edir. Özü də bu investiyalar hər il artmaqdadır. Aşağıdakı cədvəldən də görünür ki, əgər SOCAR 2010-cu ildə birgə müəssisələrə 266 milyon manat investisiya yönəldibsə, 2015-ci ildə bu rəqəm 3 171 milyon manat olub. Asılı müəssisələrə yatırılan investisiyalar da 351 milyon manatdan 2 838 milyon manatadək artıb.

 

Cədvəl 3.

SOCAR-ın illik maliyyə hesabatları məlumatlarına əsasən  İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

 

Ad

 

İllər üzrə

mənfəət/(zərər)

 

2010

Mln. AZN

2011

Mln. AZN

2012

Mln. AZN

2013

Mln. AZN

2014

Mln. AZN

2015

Mln. AZN

mənfəət/

(zərər)

mənfəət/

(zərər)

mənfəət/

(zərər)

mənfəət/

(zərər)

mənfəət/

(zərər)

mənfəət/

(zərər)

1Birgə müəssisələrə investisiyalar2663934385461 1273 171
2Asılı müəssisələrə investisiyalar3511 1861,1651 3281 2802 838
3Asılı və birgə müəssisələrin maliyyə nəticələrində pay99174(200)(225)(329)(474)
4Törəmə müəssisələrin əldə edilməsi (əldə edilmiş pul vəsaitlərini çıxmaqla), birgə əməliyyatlarda əlavə payın əldə edilməsi, asılı və birgə müəssisələrə əlavə qoyuluş5(467)(302)(321)(438)(1504)
5Asılı müəssisələrin satışından daxilolmalar592129343
6Əsas vəsaitlərin alınması(1 420)(1 863)(2 081)(2 502)(2 435)(1 625)
7Qeyri-maddi aktivlərin alınması(11)(14)(40)(53)(40)(22)
        

 

SOCAR–ın strateji inkişaf məqsədlərində xarici bazarlarda fəaliyyətin genişləndirilməsi, məhsuldar beynəlxalq əlaqələrin qurulması və beləliklə, Azərbaycanın beynəlxalq arenada nüfuzunu yüksəldilməsi də öz əksini tapıb. SOCAR və onun struktur bölmələrinin təsisçiliyi ilə xarici ölkələrdə də çoxsaylı törəmə müəssisələr yaradılıb və 12 nümayəndəlik fəaliyyət göstərir. Amma SOCAR-ın Azərbaycanla yanaşı, xarici ölkələrdəki fəaliyyətindən də əldə etdiyi gəlirlər 2014-cü ildən etibarən azalmaqdadır.

 

Cədvəl 4.

SOCAR-ın illik maliyyə hesabatları məlumatlarına əsasən hər bir ayrıca ölkə üzrə əhəmiyyətli olan gəlirlər aşağıdakı cədvəldə göstərilir: (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

 

Ölkə

 

İllər üzrə gəlir

2011

mln AZN

2012

mln AZN

2013

mln AZN

2014

mln AZN

2015

mln AZN

1Azərbaycan4 1414 4014 3304 6814 629
2İsveçrə3 33230 68731 00723 847
3Türkiyə1 8491 9072 2222 1962 571
4Birləşmiş Ərəb Əmirliyi1 3246 567246691948
5Gürcüstan679627635680748
6Sair140305313419360

 

Yəqin bu səbəbdən SOCAR prezidentinin 09 dekabr 2015–ci il tarixli  əmrinə əsasən SOCAR–ın Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, İsveçrə, Gürcüstan və ABŞ nümayəndəliklərinin maliyyələşdirilməsi 01 yanvar 2016–cı ildən dayandırılıb.

 

SOCAR-ın hesabatlılığı MHŞT standartına cavab vermir

 

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert, Çoxtərəfli Qrup üzvü Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanın MHŞT standartına uyğun son bir ildə qiymətləndirməsi SOCAR-ın bu prosesdəki iştirakı ilə bağlı ciddi problemlərin olduğunu bir daha üzə çıxardı: “Azərbaycanın MHŞT üzrə 2014-cü il  hesabatı əvvəlki illərlə müqayisədə daha əhatəli olsa da, bu da yetərli deyil. 2014-cü il hesabatı üzərində aparılan qiymətləndirmə də göstərdi ki, SOCAR-ın hesabatlılıqla bağlı öhdəlikləri tam yerinə yetirilməyib. Burada söhbət təkcə törəmə, asılı və birgə müəssisələrdən getmir. Söhbət bütövlükdə dövlət şirkətinin özünün hesabatlılığından gedir. Halbuki SOCAR-ın  hesabatlılıqla bağlı öhdəlikləri digər özəl şirkətlərdən daha çoxdur. Çünki SOCAR dövlət şirkətidir. Standartda isə dövlət şirkəti ilə bağlı xüsusi tələblər var.  SOCAR-a tabe müəssisələrin ödənişləri, vergilərlə bağlı məlumatları hesabatda əks etdirilib. Bunu SOCAR-ın bütün birgə və törəmə müəssisələrinə aid edə bilməsək də, Azərbaycan ərazisində hasilatla məşğul olanlarla bağlı qismən açıqlama verilir. Amma SOCAR-ın çox müxtəlif fəaliyyət sferalarına malik müəssisələrinin hesabatlılığı ilə bağlı bunları deyə bilmərik”.

 

 

Ekspertin qənaətinə görə, SOCAR-ın hesabatlılığı MHŞT standartına cavab vermir: “2015-ci maliyyə ilində SOCAR özü bütövlükdə zərərlə işləyib. Ümumilikdə isə SOCAR-la dövlət müəssisələri arasında münasibətlər şəffaf olmalıdır. Bu qurumun fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlıq təmin edilməlidir. SOCAR həm də vətəndaş cəmiyyəti instuturları ilə daha geniş əlaqələr olmalıdır”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert, Çoxtərəfli Qrup üzvü Azər Mehtiyev isə deyir ki, SOCAR-ın Azərbaycanda fəaliyyət göstərən müəssisələrinin başqa ölkələrdə, o cümlədən offşor zonalarda qeydiyyatdan keçirilməsi başa düşülən deyil: “SOCAR-ın başqa ölkələrdə işləyən müəssisələrinin xarici ölkələrdə qeydiyyatdan keçməsini başa düşmək olar. Amma dövlət şirkətinin Azərbaycanda işləyən müəssisələrini başqa ölkələrdə qeydiyyatdan keçirməsi şübhələr yaradır. Belə açıqlama verirlər ki, həmin ərazilərdə vergi güzəştləri olduğundan müəssisələr orada qeydiyyatdan keçirilir. Amma SOCAR dövlət şirkətidir və Azərbaycanda işləyəcəksə, vergilər də dövlətə ödəniləcək. Belə halda SOCAR kimdən vergiləri gizlədir, dövlətdən?

Digər tərəfdən SOCAR həmin müəssisələrə hər il investisiya yönəldir. Amma bu investisiya müqabilində həmin müəssisələr dövlət şirkətinə hansı gəliri verir? Ümumiyyətlə, SOCAR-ın hansı hallarda birgə müəssisə, asılı müəssisə təsis edə bilməsi ilə bağlı hər hansı normativ sənədi, qaydaları varmı? Bunların yaradılmasında məqsəd nədən ibarətdir? Hesab edirəm ki, SOCAR bu məsələlərə aydınlıq gətirməlidir”.

 

 

Bu il oktyabrın 26-da Astanada toplanan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib. Qərarda Azərbaycanın MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə, ümumilikdə əhəmiyyətli proqres əldə edərək bir neçə fərdi tələb üzrə irəliləyişə nail olduğu göstərilib. Bunu nəzərə alan İdarə Heyəti Azərbaycanın təşəbbüsdə  namizəd statusunda qalmasına razılaşıb. İdarə Heyəti, həmçinin, katibliyə tapşırıb ki, növbəti toplantıya, yəni 2017-ci ilin 8-9 mart tarixinə qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. Azərbaycanda növbəti qiymətləndirmə isə gələn ilin 26 iyulundan başlanılmalıdır. Qiymətləndirmə zamanı nəzərə alınacaq əsas tələblərdən biri də MSHT –nin 2.6-cı standartına müvafiq olaraq Dövlət Şirkətlərinin (Azərbaycana münasibətdə SOCAR-ın) fəaliyyətinə dair məlumatların əlçatanlığının təmin edilməsidir. Digər tərəfdən isə dövlət şirkəti olan SOCAR uzun illər heç bir mənfəət əldə etməyən müəssisələrini hansı səbəbdən saxlanması, o cümlədən bu tipli müəssisələrə əlavə investisiyaların yatırılma zərurəti ilə bağlı cəmiyyətə qaranlıq olan suallara aydınlıq gətirməlidir. Bu suallarla bağlı biz də SOCAR-a informasiya sonğusu göndərdik. Amma bir neçə dəfə telefon əlaqəsi saxlasaq da, yazı çapa gedən tarixədək həmin informasiya sorğusundakı suallara nə şifahi, nə də yazılı cavab ala bilmədik. Halbuki SOCAR bu məlumatları özü ictimayyətə açıqlamalıdır…