Müğənni Tarkan ABŞ-da konsert verəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, martın 2-3-də Nyu-Yorkda, martın 5-də isə Los-Ancelesdə səhnəyə çıxacaq.

Meqastarın səhnə alacağı “Hammerstein” konsert salonu və “The Novo by Microsoft” dünya ulduzlarının çıxış etdiyi önəmli səhnələrdəndir. Burada Cennifer Lopez, Kayli Minouq, Britni Spirs, Brayan Adams kimi məşhurlar konsert veriblər.