İlk dəfə olaraq missiyanın təşkilatçıları hələ 2012-ci ildə Marsı fəth etməyi planlaşdırmışdılar, lakin layihənin startı dörd dəfə dəyişdirildi: 2024-cü, 2025- ci, 2027-ci və indi isə 2031- ci ilə, The Verge yazır.

Vaxtının təxirə salınması onunla əlaqədardır ki, One Mars rəhbərliyi investorlardan daha çox vəsait cəlb etmək niyyətindədir.

  • Əlbəttə, bütün komandamız ilkin qrafikdə qalmağı üstünlük verərdi, lakin bu yeni xronologiya missiyanın uğurla həyata keçirilməsi üçün şansımızı xeyli artırır, – One Mars şirkətinin baş icraçı direktoru Bas Lansdorp deyib.

Yeni qrafikə əsasən, rabitə peykləri 2024-cü ildən tez buraxılmayacaq və kosmosa ilk rover 2026-cı ildən çox tez göndərilməyəcək. İnsanları da artıq 2031-ci ildə Marsa yerləşdirməyi planlaşdırırlar. Dəstənin təlimləri 2018-ci ildə başlayacaq.