İyulun 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin (BFB) manat nominallı, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunub.

Sifarişlərin nominal üzrə ümumi məbləği 40 993,3 min manat təşkil edib.

Sifarişlər 96.4410 manat (15.0073%) və 98.7964 manat (4.9542%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.5301 manat (6.0667%) orta ölçülmüş qiyməti 98.6631 manat (5.5103 %) təşkil edib.