Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NTV” kanalı məlumat yayıb.

Partlayış Vodafone Arenanın yaxınlığında olub. Hücum bomba yüklü maşının artladılması ilə həyata keçirilib. Hadisə nəticəsində 20-yə yaxın insan yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu “Oyundan sonra “Bursaspor” tərəfdarlarının çıxdığı yerdə, çevik polis qüvvələrinin olduğu yerdə partlayış olub. 20-yə yaxın yaralı var. Ölənlər barəsində məlumatım yoxdur. Yaralılar polislərdir” deyə bildirib.