Gəncədə qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub.

AzEuroNews.com-un məlumatına görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 7-də Gəncə şəhərində yaşayan Spartak Abdullayevin evindən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən həmyerlisi Elsevər Əsədov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.