CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 48,64 dollar/barel təşkil edib ki, bu da iyulun 11-nə olan göstəricidən 1,4 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 47,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 44,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti iyulun12-də 46,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,35 dollar/barel çoxdur.