Azərbaycan milli komandasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov səfərə yollanıb. “Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki mütəxəssis müvafiq olaraq, “Qəbələ” və “Kəpəz” klublarının Avropa Liqasının II təsnifat mərhələsində səfərdə keçirəcəkləri oyunları izləyəcəklər.

“Qəbələ” bu mərhələdə Macarıstanın MTK, “Kəpəz” isə Avstriyanın “Admira” komandası ilə qarşılaşacaq. Hər iki komanda II təsnifat mərhələsində ilk oyununu iyulun 14-də keçirəcək.

Qeyd edək ki, “Qəbələ” və “Kəpəz” səfərə bu gün çarter reysli eyni təyyarə ilə yollanıb.