İraqın paytaxtı Bağdadın şərqində iki partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralılar və ölənlər var.

Hadisənin təfərrüatı ilə bağlı hələlik əlavə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.