Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzEuroNews.com-un məlumatına görə, qəza aeroport yolunda qeydə alınıb. Mərdəkan istiqamətində hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə “Opel” qarşısında hərəkət edən “Qazel” markalı avtomobillə arxadan çırpılıb. Zərbənin təsirindən Qazel yol kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəza baş verən əraziyə yol polisi əməkdaşları tərəfindən baxış keçirilib. Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla əlaqədar araşdırmalar aparılır.