Şəmkir rayonunun Qaracəmirli kəndində quldurluq hadisəsi baş verib.

AzEuroNews.com-un məlumatına görə, kənd sakini 30 yaşlı Günel Yusifova övladları ilə birlikdə tək yaşadığı fərdi yaşayış evində iki nəfər naməlum şəxsin hucumuna məruz qalıb. Zərərçəkənin sözlərinə görə, həmin şəxslər üzlərini görünməz hala salaraq soyuq silahla evə hücum ediblər. Əvvəlcə evin bir otağında axtarış aparan həmin şəxslər istədikləri qəniməti əldə edə bilmədikdə yataq otağına daxil olublar. Orada qadına bıçaqla hədə qorxu gələrək qızıl zinət əşaylarını tələb ediblər. Bu zaman Yusifovanın həmin şəxslərdən birini tanıması quldurların istəyini ürəyində qoyub.

Hadisədən bir qədər sonra zərərçəkənin yaxınları Şəmkir Rayon Polis Şöbəsinə məlumat verib. Əməliyyatçıların ilkin araşdırmasında sonra quldurluq edən şəxslərdən birinin qonşuluqda yaşayan 33 yaşlı Xəyal Həsənov olduğu müəyən edilib. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbiləri nəticəsində Həsənov saxlanaraq istintaqa təhvil verilib. O ifadəsi zamanı hadisəni əmisi oğlu 27 yaşlı Rəşad Quliyevlə birgə törətdiyini deyib. Xəyal Həsənov hadisəyə səbəb kimi göyərti ilə normadan artıq qəbul etdiyi spirtli içkini göstərib. Niyyətləri isə quldurluq yolu ilə əldə etdikləri pulla maşın almaq olub.

Qonşuları düşmən edən qohumlar barəsində cinayət işi başlanılıb. Onların Qaracəmirli və ətraf kəndlərdə başqa kimlərə ziyan vurduğu araşdırılır.

ogurluq-azeuro-1 ogurluq-azeuro-2