Rusiya ilə Çin birlikdə 35 tona qədər çəkisi olan bir təyyarə mühərrikinin hazırlanması üçün işçi qrupu yaradıblar.
AzEuroNews ria.ru-ya istinadən xəbər verir ki, hazırda memorandumun imzalanması üçün hazırlıq işləri davam edir. Təyyarənin gələcək mühərrikinin görünüşü üçün Çin tərəfi ilə məsləhətləşmələr aparılır.
Bu haqda son qərarı isə UAC və Çin korporasiyası Commercial Aircraft Corporation of China verəcək.
Rusiya və Çinin birgə təyyarəsinin hazırlanması üçün ilk memorandum 2014-ci ildə imzalanıb. Onların planına uyğun olaraq bu layihə 2025-2027 ci illərdə həyata keçiriləcək.
 
Qeyd edək ki, bu layihənin reallaşması üçün 13-20 milyard ABŞ dolları ayrılacaq.