Goranboyda oğurluq məqsədi ilə mağazaya girən oğru silah-sursatla tutulub.

Goranboy RPŞ-dən AzEuroNews.com-a verilən məlumata görə, əməkdaşların həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goran qəsəbəsi ərazisində rayon sakini Rasim Süleymanova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Hümbət Əhmədov tutulub. Onun çantasına baxış zamanı “Makarov” markalı tapança, 15 ədəd patron və 2 ədəd silah lüləsi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.