Samuxda evdən oğurluq  edənlər tutulub.

Samux RPŞ-dən AzEuroNews.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çobanabadlı kəndində yaşayan Ceyhun Məmmədovun evindən 500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qarabağlar kənd sakinləri Mərifət Uğurlu, Sahil Hüseynov və Səbuhi Qurbanov tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.