Şəmkirdə qətl hadisəsi baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayonun Morul kənd sakini 38 yaşlı Quliyev Süleyman Çingiz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilsə də, bir neçə saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib. Rayon hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırmalar  zamanı məlum olub ki, Süleyman Quliyevi mübahisə zəminində həmkəndlisi 25 yaşlı Rəhim Ağayev bıçaqla vurub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

ogru-azeuro-3