Kanadanın Albert universitetinin apardığı tədqiqatda, qırmızı şərabın tərkibində olan resveratrolun sağlamlığa faydasının idman etməyə oxşadığı aşkarlanıb.

AzEuroNews brightside.me-yə istinadən xəbər verir ki, resveratrol fiziki performansı, ürəyin funksiyasını və əzələ gücünü idman məşğələsiylə eyni dərəcədə artırdığı görüldü.

Aparıcı tədqiqatçı Ceyson Dikə görə, bu fakt idmanla məşğul olmaq iqtidarında olmayanlara xüsüsilə kömək edəcək. Qırmızı şərabın sağlamlığa faydası haqqında olan müzakirələr beləliklə yaxşı sənədləşdirildi. Araşdırmalar meydana çıxardı ki, gündə bir stəkan şərab içənlərdə demens və ya xərçəng xəstəliyinin inkişaf ehtimalını azaldır, bu sizin ürəyiniz, gənc qalmağınız üçün və qanda şəkəri tənzimləməyə də yaxşıdır.