Fermerlərin qurutduğu xurma məhsulu Çinin cənub-şərqindəki kəndi narıncıya boyayıb.

AzEuroNews reuters.com-a istinadən xəbər verir ki, Çinin cənub-şərqində Quanzou şəhərinin evlərinin damında ki, xurma dənizləri havadan füsunkar şəkil yaradıblar.

Xurma istehsalı Futsziyan əyalətinin kənd sakinləri üçün həyat tərzidir.

Hər il yerlilər məhsulu bazarda satmazdan qabaq, onları sərib güclü gün şüasından istifadə edərək qurudurlar.

Meyvə qurudulması ənənəvi üsullarla 50 gündən daha uzun çəkə bilər.

Qurudulmuş xurma çinlilərdə Şibinq adlanır və məşhur ləzzətdir.

Heç nə itkiyə getmir. Çıxarılan xurma qabığı mal-qaraya verilir.

Çin və Şərq Asiya ölkələrində çox yayılmış olan meyvə, həmçinin Böyük Britaniyada populyarlıq qazanır.

cin-azeuro-1 cin-azeuro-3 cin-azeuro-4 cin-azeuro-5 cin-azeuro-6 cin-azeuro-7