Avtomobillər qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini tutulub.

Səbail Rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də və avqustun 6-da Bakı şəhər sakinləri Rövşən Ələkbərova məxsus “VAZ-21011” və Vaqif Cavadova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Eltun Zeyniyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.