Türkiyənin Kayseri vilayətində Erciyes universitetinin tələbə şəhərciyində güclü partlayış baş verib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaralılar var. Zərər çəkənlərin dəqiq sayı hələ məlum deyil.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və xilasedicilər göndərilib.