Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun  Üzeyir Hacıbəyov  prospektində qeydə alınıb. Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 57 yaşlı Tağıyeva Səlminaz hadisə yerində ölüb, onun oğlu 33 yaşlı Tağıyev Əvəz və nəvəsi, 15 yaşlı Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə  Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Polisdən verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, qəzanı törədən şəxs Ağstafa rayon sakin, 24 yaşlı Rəşad Nazim oğlu İsmayılovdur. O,  hadisəni idarə etdiyi “VAZ 2105” markalı avtomobillə törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.