Tərtər sakini keçmiş həyat yoldaşının sevgilisini öldürüb.

AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Cəlil Məmmədquluzadəzadə küçəsində, qadının kirayədə yaşadığı 86 saylı evin qarşısında baş verib. Keçmiş həyat yoldaşı Cəmilə Əhmədovanı qısqanan 44 yaşlı Tərtər rayon sakini Vüqar Hüseynov onun sevglisi Kəlbəcər rayonundan məcburi köçkün 35 yaşlı Qaraxan Məmmədovla mübahisə edib. Daha sonra keçmiş ər Qaraxan Məmmədova iki bıçaq zərbəsi endirib. Sinə nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Vüqar Hüseynov hadisə yerindən qaçıb.

Hazırda qətli törətməkdə şübhəli bilinən Vüqarın tutulması üçün hüquq mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

terter-azeuro-2