Müğənni Xumar Qədimova “Ürəyim” adlı yeni mahnısını təqdim edib.

Məlumata görə, bəstənin musiqi ifaçının özünə, sözləri isə Nəriman Həsənzadəyə məxsusdur. Mahnının aranjimanını Bəxtiyar Həsən və Əvəz Muradov edib.

Uzun müddətdir gündəmdən uzaq olan X.Qədimova bildirib ki, yaxın günlərdə sevənlərinə yeni mahnılar təqdim edəcək. Müğənni eyni zamanda Yeni il münasibətilə çəkilən verilişlərdə yer alacağını vurğulayıb.

https://www.youtube.com/watch?v=jMu6YeyguTc