Əla xəbər var: Bütün qışı özünüzü yaxşı hiss etməniz üçün, sizi xəstələnməyə vadar edən vərdişlərdən imtina etməniz kifayətdir. AzEuroNews adme.ru-ya istinadən bu vərdişləri təqdim edir:

Çölə çıxmazdan əvvəl burun damcılarından istifadə etmək

burun-damcisi-azeuro-1Damarlar onsuzda soyuğun təsirindən daralır. Biz isə əgər damcı ilə onlara “kömək edəcəyiksə”, o zaman selikli qişa bizi mikroorqanizmlərdən qorumağa və aldığımız havanı isitməyə macal tapmayacaq. Yaxşısı budur çölə çıxmamışdan əvvəl burnunuzu təmizləyəsiniz.

              Küçədə ağızla nəfəs almaq

nefes-azeuro-1

Siz ağızınızla nəfəs alarkən, hava çatdırıb nəmlənə və isinə bilmir, və buna görə də angina tutmaq ehtimalınız yüksəkdir. Bunun qarşısını almaq üçün, yaxşı olar ki, burnunuzla yavaş-yavaş nəfəs alasınız.

                Ağız və burunu şərflə bürümək

qis-azeuro-1

Nəfəs verərkən buxar, şaxtalı havada parçanın üzərində buza çevrilir. Həmin o buzdan gələn hava daha da soyuq olur. Bu isə boğaz ağrısı, bronxit və ya dəri qıcıqlanmasına səbəb ola bilər. Əgər çox istəyirsinizsə, onda üzünüzü örtə bilərsiniz, lakin burunu yox.

                        Üşütmə zamanı evə qaçmaq

soyuq-azeuro-1Donvurmanın ilk simptomları zamanı yaxşısı budur ki, dərhal bir-iki dəqiqəlik harasa məsələn, aptek, mağaza və ya kafeya daxil olub isinəsiz. Sonra isə gedə bilərsiniz. O zaman donvurmanın heç bir təhlükəsi yoxdur.

                    Dar ayaqqabı və ya paltar geyinmək

ayaqqabi-azeuro-1

Dar ayaqqabı yapışan geyimlər kimi, tez donmanı təmin edir. Əgər sərbəst geyim seçərsinizsə, hava ilə onun arasındaki təbəqə bədəndə hərarəti uzun müddət saxlayacaq.

             Çıxmanıza 30 dəqiqə qalmış isti bir şey içmək

isti-cay-azeuro-1

İsti çay qan dövranını və orqanizmin müdafiə qüvvələrini artırır. Lakin eyni zamanda da damarları genişləndirir. Deməli, şaxtaya çıxaraq, biz öz bədən istiliyimizi dərhal itiririk. Əgər içmək çox istəyirsinizsə, yaxşı olar ki, isti su və ya hər hansı bir isti içki ilə kifayətlənəsiz, ancaq qaynar olmasın.

                                            Şaxtada ac qalmaq

ac-azeuro-1

İstilik verməsi üçün bədənə enerji lazımdır, yoxsa biz tez donarıq. Ona görə də, aclıq hissi yaranan kimi gərək isti bir yerdə dərhal qəlyanaltı edəsən və ya isti çay içəsən.

                      Bilavasitə çıxmamışdan əvvəl krem vurmaq

krem-azeuro-1

İlk 30-40 dəqiqədə emulsiya kremlərini dəriyə vurduqdan sonra onlardan su buxarlanır ki, bu da şaxtada dərinin soyumasına və zədələnməsinə gətirib çıxarır. Ona görə də yaxşı olar ki, çıxmamışdan ən azı 30 dəqiqə əvvəl kremi çəkəsiz,və ya su əsaslı kremlərdən istifadə etməyəsiz.

                           Küçədə spirtli içki ilə qızınmaq

serab-azeuro-1

Yalnız ilk 30-40 dəqiqə yaxşı olacaq. Sonra bədən sürətlə soyumağa başlayacaq, beyin isə adekvat reaksiya və ya siqnal verməyə bilər. Ona görə də, içkini evdə içsəniz yaxşıdır.